Meksikada yaşayış evində 11 nəfər qətlə yetirilib - VİDEO

Bakı. 4 avqust. REPORT.AZ/ Meksikanın Çiuaua ştatının Syudad-Xuares şəhərində bir qrup silahlı şəxs yaşayış evində 11 nəfəri qətlə yetirib.

"Report" "Milenio" nəşrinə istinadən xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ölənlərdən 8-i kişi, 3-ü isə qadındır. Bəziləri əli bağlı olan meyitlərin üzərində işgəncə izləri aşkar edilib.

Hücumun iki yerli cinayətkar qrup arasında olan münaqişə zəminində törədildiyi ehtimal edilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10