Meksikada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Meksikanın Çiuaua ştatında "Piper PA-30" tipli ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

"Report" "Televisa" telekanalına istinadən xəbər verir ki, göyərtəsində pilot və üç sərnişinin olduğu hava gəmisi Kuautemok bələdiyyəsində yerə düşüb.

Təyyarə qarğıdalı sahəsinə düşüb və tamamilə dağılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10