Meksikada patrul dəstəsinə silahlı hücum edilib, 8 nəfər ölüb

Meksikanın Quanaxuato ştatında Milli Qvardiyanın patrul dəstəsinə silahlı hücum edilib.

“Report” xəbər verir ki, bu barədə Milli Qvardiyanın “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, silahla hücum edən mülki şəxslərin yeddisi zərərsizləşdirilib. Atışmada Milli Qvardiyanın bir əməkdaşı həlak olub, digəri yaralanıb. Yaralı şəxsə hazırda lazımi tibbi yardım göstərilir.

Qeyd edək ki, ştat Meksikanın ən təhlükəli regionlarının siyahısına başçılıq edir. İlin başlanğıcından ştat ərazisində 65-dən çox polis əməkdaşı öldürülüb.

Cari ilin yanvar ayından oktyabr ayına qədər isə ölkə ərazisində 29,5 min nəfər öldürülüb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10