Bakı. 20 may. REPORT.AZ/ Şənbə günü Meksikanın Verakrus ştatında iki yük qatarının toqquşması nəticəsində azı 7 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, qatarlardan birini qarət etmək istəyən cani onun əyləc sistemini sıradan çıxarıb və bu da nəticədə qəzaya səbəb olub.
Ölkənin Nəqliyyat Nazirliyi hadisənin araşdırılması üçün komissiya yaradıb.