Meksikada bir gündə 699 nəfər koronavirusdan ölüb

Meksikada son sutka ərzində yeni növ koronavirus infeksiyasına 6 674 yeni yoluxma və 699 ölüm faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, ölkədə indiyədək ümumilikdə 2 144 558 nəfərdə koronavirus aşkar olunub ki, onlardan 192 488-i dünyasını dəyişib.

Müalicə alan 1 685 996 pasiyent isə sağalıb.

Digər xəbərlər