Meksikada avtobus qəzaya uğrayıb, 17 nəfər ölüb

Meksikanın mərkəzindəki Puebla ştatında avtobusun qəzaya uğraması nəticəsində azı 17 nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, avtobusda Kolumbiya və Venesueladan olan 45 qanunsuz miqrant olub.

Hadisə nəticəsində 15 nəfər yerində keçinib, daha 2 nəfər xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan 13 nəfərdən 5-nin vəziyyəti ağır qiymətləndirilir.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43