Meksikada 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. 24 noyabr. REPORT.AZ/ Meksikanın Qerrero ştatının cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri San-Luis-Akatlan qəsəbəsindən 34 km şimal-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 37,9 km dərinlikdə qeydə alınıb. Zərərçəkən və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Digər xəbərlər