Malidə partlayış nəticəsində 5 hərbçi ölüb, 4-ü yaralanıb

Bakı. 28 may. REPORT.AZ/ Malinin şimalında əldəqayırma partlayıcı qurğunun yerləşdirildiyi hərbi avtomobillərin partladılması nəticəsində 5 hərbçi ölüb, 4-ü isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi ordunun bəyanatı əsasında məlumat yayıb.

Hələlik heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Digər xəbərlər

Rusiyada helikopter sərt eniş edib 21 fevral, 2026 / 14:03