​Malayziyada sosial şəbəkələrdə senzuranı gücləndirmək niyyətindədirlər

Bakı. 3 avqust. REPORT.AZ/ Malayziyanın baş naziri Nəcib Razak ölkədəki sosial şəbəkələrdə böhtanların yayılması ilə mübarizə aparmaq üçün qaydaların sərtləşdirilməsi barədə tapşırıq verib. Bu barədə "Report" Qazeta.RU-ya istinadən xəbər verir.

Razak bildirib ki, əgər ölkədə böhtanların yayılması prosesi olduğu kimi davam edərsə, o zaman ölkədə xüsusi məhkəmə yaradılacaq.

Baş nazir qeyd edib ki, texnoloji tərəqqiyə mane ola bilməz, lakin yalanın da hər yerdə həqiqətə çevrilməsinə də yol verə bilməz.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10