Malayziyada daşqınlar səbəbilə 7.9 min nəfər təxliyyə edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Malayziyanın şərqində yerləşən Saravak ştatının 7.9 mindən çox əhalisi mövsümi daşqınlar səbəbilə evlərini tərk etməyə məcbur olub.

"Report"-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə ştatın Milli Təhlükəsizlik Şurasından məlumat verilib.

Məlumata əsasən, təxliyyə edilənlər müvəqqəti olaraq yaradılan 47 yardım mərkəzinə yerləşdiriliblər.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10