Mahmud Abbas ABŞ-ın Qüdslə bağlı qərarını Vladimir Putinlə müzakirə edəcək

Bakı. 11 yanvar. REPORT.AZ/ Fələstin dövlətinin başçısı Mahmud Abbas fevralın ilk yarısında Moskvaya səfər etmək niyyətindədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofal bildirib.

O deyib ki, Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və onunla regional məsələləri, Yaxın Şərqdəki vəziyyəti, o cümlədən ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınmasını müzakirə etmək istəyir.

Digər xəbərlər