Londonun mərkəzindəki hoteldə partlayışda yaralananların sayı 14 nəfərə çatıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Böyük Britaniya paytaxtının mərkəzində - "Hyatt Regency London" hotelində məişət qazının partlaması nəticəsində zərərçəkənlərin sayı 14 nəfərə çatıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, 9 nəfərə yerindəcə tibbi yardım göstərilib, qalanlar xəstəxanaya yerləşdirilib. 

İlkin məlumatlara əsasən, partlayış mehmanxana restoranının mətbəxində baş verib. Zərbə dalğasının güclü olması səbəbindən binanın fasadının bir hissəsi uçub. 

Digər xəbərlər