Fransa BƏƏ və Bəhreyndən aylıq 200 min ton dizel yanacağı tədarük edəcək

Fransa Prezidenti Emmanuel Makron yerli bazar üçün BƏƏ və Bəhreyndən aylıq dizel yanacağı tədarükü barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası prezident ofisinin məlumatına istinadən bildirib.

"BƏƏ və Bəhreyn ayda hərəyə 100 min ton dizel ayıracaq", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, bundan əvvəl Makron oktyabr və noyabr ayları ərzində Səudiyyə Ərəbistanından 95 min ton tədarük edilməsi barədə razılığa gəlmişdi.

Ümumilikdə 295 min tonluq tədarük Fransada dizel yanacağı istehlakının 10 %-ni təşkil edir. Prezident administrasiyası bunun benzin qiymətlərinə necə təsir edəcəyini dəqiqləşdirməyib.

Bu həcmlərin daşınmasını "TotalEnergies" qrupu həyata keçirəcək, o, həmçinin dizel yanacağının bu əlavə həcmlərini satın alan operator kimi də çıxış edəcək. Bu gün "TotalEnergies" və Bəhreynin "Bapco" şirkətinin müvafiq razılaşmanı imzalayacağı gözlənilir.

Digər xəbərlər