"Ryanair" qrupunun baş direktoru Maykl O`Liri gələn il Avropada aviabiletlərin qiymətlərində rekord artım proqnozlaşdırır.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə o mətbuat konfransında bildirib.
Maykl O`Lirinin sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərinin yüksəlməsinə səbəb olur və aviaşirkətlərin əlavə yanacaq xərclərini sərnişinlərin ödəməsinə gətirib çıxarır:
"Gələn il aviabiletlərin qiyməti 20 % arta bilər. Bu isə aviaşirkətlərin gəlirliliyinin azalmasına gətirib çıxaracaq, çünki yanacaq rüsumlarının artırılması belə yanacaq xərclərinin artımını kompensasiya etməyəcək".