Vyetnam Ukraynaya 500 min dollarlıq humanitar yardım göndərib

Vyetnam Ukraynaya ümumi məbləği 500 min dollar olan yeni humanitar yardım göndərib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

O, dəstəyə görə Vyetnam hökumətinə və xalqına təşəkkür edərək, bu addımın iki ölkə arasındakı uzunmüddətli dostluğu, qarşılıqlı hörmət və anlaşmanı əks etdirdiyini qeyd edib.

Sibiqa, təqdim olunan dəstəyin Ukrayna və Vyetnam arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və ikitərəfli əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Digər xəbərlər