Londonda sərnişinlər hava limanından təxliyə olunublar

Bakı. 4 iyul. REPORT.AZ/ Londonun Hitrou hava limanından sərnişinlər təxliyə ediliblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, sərnişinlər terminaldan yanğın siqnalizasiyanın işə düşməsi səbəbindən boşaldılıb.

Hazırda bununla bağlı araşdırma aparılır.

Bildirilir ki, hava limanının binasında yanğın aşkar edilməyib, sərnişinlər tezliklə terminala qayıdacaqlar.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09