Londonda saxlanılan şəxslərdən 6-ı terror hazırlığında şübhəli bilinir

Bakı. 23 mart. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı London şəhərində baş vermiş terror aktından sonra şübhəli şəxs qismində saxlanılan 8 nəfərdən 6-ı teror hücumlarında şübhəli bilinir.

"Report" xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında qeyd olunur.

"Vestministr körpüsündə baş vermiş terror aktında saxlanılanlardan 6-ı terror aktında şübhəli bilinir"- deyə məlumatda qeyd olunur.

Polis həmçinin Uelsdəki, Birminhemdəki bir sıra ünvanlarda, habelə Londonun şərqində təhqiqat tədbirlərinin davam etdiyini bildirib. 

Digər xəbərlər