London məscidlərindən birində atışma olub

London şəhərinin İlford rayonu ərazisində yerləşən məsciddə silahlı insident baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat cümə günü yerli polisin "Twitter" səhifəsinə yerləşdirilib.

Məlumata görə, hadisənin baş verdiyi Hay-roud küçəsinə polis cəlb olunub. İnsident nəticəsində xəsarət alan olmayıb.

"Daily Mirror" qəzeti yazır ki, "Yeddi kral" məscidi ("Seven Kings Mosque") hadisə ilə əlaqədar olaraq bağlanıb.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03