​Liviyada parlament və hökumətin yerləşdiyi mehmanxanada partlayış olub

Bakı. 30 dekabr. REPORT.AZ/ Liviyanın şərqində, Tubruq rayonuda "Dar əs-Salam" adlı mehmanxanada partlayış baş verib.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, "əl-Ərəbiyyə" telekanalı mehmanxana yaxınlığında minalanmış avtomobilin də partladılması barədə məlumat yayıb

Qurbanlar haqda məlumat verilməyib.

Xəbərdə bildirilib ki, oteldə dünya ictimaiyyəti tərəfindən tanınan Nümayəndələr Palatası (parlament) və Abdullah Əbdürrəhman ət-Tanının başçılıq etdiyi hökumət yerləşir.

Tripolidə tərkibində islamçı sayılanların da olduğu müvəqqəti qanunverici orqan səlahiyyətlərinin icrasından imtina etdikdən sonra bu ilin yayında ölkənin şərqində yeni hökumət yaradılıb. 

Digər xəbərlər