Litvada parlamentə növbəti seçkilər keçiriləcək

Litva Respublikasının vətəndaşları bazar günü Seymin (birpalatalı parlament) deputatlarını seçəcəklər.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 08:00) başlayacaq, ölkədə 2 minə yaxın seçki məntəqəsi açılacaq.

Məntəqələr saat 20:00-a qədər işləyəcəklər.

Birinci turun başlamasından əvvəl oktyabrın 27-ə ikinci tur təyin edilib. İkinci tur indiyə qədər qaçılmaz idi və heç bir namizədin 50 %-dən çox səs toplamadığı yerlərdə keçirilib. İkinci turda toplanan səslərin sayına görə iki lider iştirak edir. Beləliklə, Seymin deputatlarının yarısı seçilir.

Digər xəbərlər

Tacikistanda zəlzələ olub 09 yanvar, 2026 / 02:24
Tramp: Kuba çətin vəziyyətdədir 08 yanvar, 2026 / 23:54