Kubada avtobus aşıb, 4 nəfər ölüb

Kubanın şərqindəki Quantanamo şəhəri yaxınlığında sərnişin avtobusunun aşması nəticəsində azı 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Cubadebate” nəşri məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində ikisi azyaşlı olmaqla 28 nəfər xəsarət alıb. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Xatırladaq ki, rəsmi məlumatlara əsasən, Kubada hər gün orta hesabla 31 qəza baş verir.

Digər xəbərlər