Konqoda BMT helikopteri atəşə tutulub, xəsarət alanlar var

Konqo Demokratik Respublikasında (KDR) üsyançıların helikopterə atəş açması nəticəsində BMT-nin iki sülhməramlısı yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə BMT-nin Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyası məlumat yayıb.

"İki sülhməramlı yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir", - "France-Presse" agentliyi missiyadan sitat gətirib.

Helikopter təhlükəsiz yerə enə bilib.

Hadisə Qoma şəhəri yaxınlığında baş verib. İnsidentdə hazırda Qomaya hücum təşkil etməyə çalışan “23 Mart Hərəkatı” qruplaşmasının silahlıları şübhəli bilinir.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08