Amerika hərbi komandanlığı 2 min dəniz piyadasını İsrail sahillərinə köçürür.
"Report"un məlumatına görə, bu barədə CNN telekanalı Pentaqonun adı açıqlanmayan nümayəndəsinə istinadən xəbər verib.
Telekanal qeyd edib ki, söhbət çevik reaksiya qüvvələrindən gedir.
CNN-in həmsöhbətinin sözlərinə görə, məqsəd ölkələrin və ya digər qrupların İsrailə qarşı vuruşan HƏMAS-ın tərəfinə keçməsinin qarşısını almaqdır.
Bundan əvvəl “The Wall Street Journal” ABŞ Müdafiə Nazirliyinin 2 minə yaxın hərbçinin İsraili dəstəkləməyə hazır olması əmri verdiyini yazıb. Nəşr vurğulayıb ki, ABŞ ordusu hərbi əməliyyatlarda iştirak etməyəcək, onlara “məsləhət” və “tibbi dəstək” kimi tapşırıqlar həvalə olunub.