ABŞ Suriyada qalan bütün qoşunlarını çıxarır.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, ABŞ artıq ərəb respublikasında qalan təxminən 1 000 hərbçisini çıxarmaqdadır. Proses təxminən iki ay çəkə bilər.
Qeyd olunur ki, qərar ABŞ ilə İran arasında artan gərginliklə əlaqəli deyil.