Bakı. 21 avqust. REPORT.AZ/ Polis Barselonanın Subirats yaşayış məntəqəsində "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib.
"Report"un verdiyi xəbərə görə, bu barədə "Cadena Ser" radiostansiyası məlumat yayıb.
O, Barselona və Kambrilsdə baş vermiş terror aktlarının araşdırılması ilə əlaqədar aparılan xüsusi əməliyyat zamanı aşkar edilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.