Karakasda gecə klubunda baş verən partlayış zamanı 17 nəfər həlak olub

Bakı. 16 iyun. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakasda gecə klublarından birində baş verən partlayış zamanı 17 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Yerli KİV-lərin məlumatına görə, partlayışdan sonra gecə klubunda təşviş və izdiham yaranıb. Hadisənin təfərrüatı açıqlanmır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10