​Kanadadakı 1 may nümayişində qarşıdurma yaranıb, xəsarət alanlar var

Bakı. 2 May. REPORT.AZ/ Kanadanın Kvebek əyalətinin Monreal şəhərində ənənəvi 1 may nümayişi zamanı qarşıdurma yaranıb. "Report"un məlumatına görə, bu haqda "CTV" telekanalı xəbər yayıb.

Telekanalın xəbərində bildirilir ki, şəhərin mərkəzində antikapitalist şüarlarla çıxış edən nümayişçilər polis bölmələrindən birinin binasına daş atmağa başlayıblar. Nəticədə binanın şüşələri sıdırılıb.

Polis nümayişçiləri dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilərlə polis arasındakı yaranmış qarşıdurma zamanı 2 aksiyaçı və 2 asayiş keşikçisi xəsarət alıb.

Polis 10 nümayişçini saxlayıb. 

Nümayişdə 300 nəfər iştirak edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10