Kanadada son 6 ayda ilk dəfə COVID-19-dan ölüm qeydə alınmayıb

Kanadada mart ayından bəri ilk dəfə koronavirusdan ölüm baş verməyib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, məlumatı ölkənin İctimai Səhiyyə Agentliyi yayıb.

Sentyabrın 11-də Kanadada 702 nəfər koronavirusa yoluxub, amma ölüm faktı qeydə alınmayıb. Bununla da yoluxma hallarının sayı 135 626-ya yüksəlib. Onlardan 9 163 nəfər ölüb, 11 674 nəfər sağalıb.

Qeyd edək ki, Kanadanın əksər əyalətlərində karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra yoluxma hallarının sayında cüzi artım müşahidə edilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10