Kanadada helikopter okeana düşüb

Kanadanın qərb sahillərində helikopterin Sakit Okeana düşməsi nəticəsində bir nəfər itmiş sayılır.

"Report" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasından telekanala bildirilib ki, hadisə Corciya boğazında Sesçelt yaşayış məntəqəsindən 40 kilometr şimalda baş verib.

Yük daşımaq üçün hazırlanmış "Kaman K-MAX" helikopterində yalnız pilot olub. Onun axtarışları davam edir.

Helikopterin düşməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.

Digər xəbərlər

Con Hili Kiprə gedib 05 mart, 2026 / 13:31