Kanadada fermada 40-dan çox insan dəm qazından zəhərlənib

Bakı. 10 dekabr. REPORT.AZ/ Kanadanın Britaniya Kolumbiyası vilayətinin Delta şəhərindəki fermaların birində dəm qazından zəhərlənən 40-dan çox insan xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə istixanaların birində baş verib. Yerli səhiyyə müəssisəsinin məlumatına görə, xəstəxanaya 42 nəfər yerləşdirilib. Onlardan 10-un vəziyyəti ağırdır. 

İlkin məlumata görə, kütləvi zəhərlənməyə səbəb istixananın yuyulması üçün nəzərdə tutulan cihazın qaz mühərrikinin sıradan çıxması ola bilər. Fermada 20 ildən çoxdur pomidor, xiyar və bibər yetişdirilir.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45