Kanadada indiyədək koronavirusa yoluxanların və infeksiyanın yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə ümumilikdə 97 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 994 nəfər vəfat edib.
Bildirilib ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 milyondan çox test aparılıb.