Kanadada COVID-19-a yoluxanların sayı 72 278 nəfərə çatıb.
“Report” xəbər verir ki, pandemiyanın başladığı vaxtdan ölkədə 5 304 şəxs dünyasını dəyişib.
COVID-19-a ən çox yoluxma Kvebek (39 931 nəfər ) və Ontario (21 236 nəfər) əyalətlərində qeydə alınıb.
Yeni yoluxma hallarının müəyyən edilməsi üçün 1 172 872 test keçirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.