Kambocada turist avtobusu yük maşını ilə toqquşub, 20 nəfər həlak olub

Bakı. 19 may. REPORT.AZ/ Mayın 19-da Kambocada baş verən yol-nəqliyyat hadisəsində ən az 20 nəfər həlak olub. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

5 nəfər çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Məlumata əsasən, Vyetnamdan Pnompenə gedən avtobus Svayrenq əyalətində yük maşını ilə toqquşub.

Turistlərin milliyyəti hazırda dəqiqləşdirilir. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10