Kabildə güclü partlayış olub

Bakı. 25 noyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, ölü və yaralılar haqqında məlumat daxil olmayıb. 

Hadisədən dörd saat əvvəl paytaxt rayonlarının birində naməlum şəxslər tərəfindən Əfqanıstan ordusu xüsusi təyinatlı dəstəsinin patrul avtomobilinə qoyulan mina partladılıb. Terror aktı nəticəsində bir hərbçi ölüb, altı nəfər də yaralanıb. 

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

Digər xəbərlər