Əfqanıstanın paytaxtı Kabildə ölkənin Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi əməkdaşlarının olduğu avtobus partladılıb.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, hadisə zamanı 6 nəfər həlak olub, daha 16 nəfər yaralanıb.
Daha əvvəl “Tolo News” telekanalı hadisə nəticəsində 3 nəfərin həlak olduğunu, 12 nəfərin xəsarət aldığını xəbər verib.
Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.