İtaliya Sloveniya ilə sərhəddə müvəqqəti nəzarət tətbiq edib

İtaliya Sloveniya ilə sərhəddə müvəqqəti nəzarəti tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sloveniya hökumətinin məlumatında deyilir.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi sloveniyalı həmkarı Boştyan Poklyukarı ölkələr arasında sərhəd nəzarətinin tətbiqi barədə məlumatlandırıb. Piantedosi sloveniyalı həmkarı ilə telefon danışığı zamanı Avropa və Yaxın Şərqdə dəyişmiş vəziyyətə görə İtaliyanın Sloveniya ilə sərhəddə nəzarət tətbiq etmək qərarına gəldiyini deyib.

Məlumata görə, bu müvəqqəti tədbirin mahiyyəti terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədir.

Digər xəbərlər