İsrailin Qəzzaya son hücumları nəticəsində 15 nəfər ölüb

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 15 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al-Jazeera” telekanalı məlumat yayıb.

Bildirilib ki, son zərbələr fələstin anklavının şimal və cənubundakı çadır düşərgələrinə endirilib.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklava kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozub.

Xəbər lenti

Xəzər dənizində zəlzələ olub 27 aprel, 2025 / 19:08