İsrailin Baş Qərargah rəisi yeni fəaliyyət planlarını təsdiqləyib

İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi yüksək rütbəli zabitlərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib və bir neçə istiqamət üzrə yeni fəaliyyət planlarını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüşdə bəzi ordu idarələrinin rəhbərləri, Şimal Komandanlığının, Maddi-Texniki Təminat Komandanlığının və İsrail Hərbi Hava Qüvvələrinin komandirləri və digər hərbi rəhbərlər iştirak ediblər. İclas xüsusilə müxtəlif istiqamətlər üzrə fəaliyyət planlarının təsdiqinə həsr olunub.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43
Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28