İsrail Müdafiə Ordusu Qəzza şəhərinin tam mühasirəyə alınmasına yaxındır.
"Report"un "Times of Israel"ə istinadən verdiyi məlumata görə, bunu İsrailin müdafiə naziri İsrael Kats deyib.
"İsrail Müdafiə Ordusu bütün hadisələrin inkişaf variantlarına hazırlaşır. Bütün girovların qaytarılması və HƏMAS-ın tərksilah edilməsinə qədər bütün əməliyyatlarını davam etdirməkdə qərarlıdır", - İ.Kats əlavə edib.