İsrail hökuməti polkovnik Şaron İtaşı Mərakeş Krallığına hərbi attaşe təyin edib.
“Report” xəbər verir ki, bu barədə “360” informasiya portalı məlumat yayıb.
Bu, 2020-ci ilin sonunda iki ölkə arasında münasibətlərin normallaşmasından sonra İsrailin Rabatdakı ilk hərbi attaşesidir.
Məlumata görə, Ş.İtaş Mərakeş yəhudilərinin ailəsindəndir. Bundan əvvəl o, Hayfada dairə komandanlığına və axtarış-xilasetmə batalyonuna komandanlıq edib.