İsrail Livanla gərginliyə görə şimalda hava məkanını bağlayıb

İsrail Livanla sərhəddə yaranan gərginliyə görə Hadera şəhərinin şimalındakı hava məkanını bağlamaq qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, gərginlik “Hizbullah” silahlı birləşmələrinin yüksək rütbəli komandirlərindən biri Fuad Şokr iyulun 30-da Beyrutda İsrail hərbçiləri tərəfindən öldürüldükdən sonra yaranıb.

Hadera İsrailin şimal bölgəsində, Təl-Əviv və Hayfa şəhərləri arasında yerləşir.

Digər xəbərlər