İspaniyanın nəqliyyat naziri Oskar Puente istefa verdiyini bildirib.
"Report"un məlumatına görə, bu barədə EFE agentliyi xəbər verib.
Nəşrin məlumatına görə, qərar Toledo əyalətindəki qatar faciəsi fonunda verilib.
Oktyabrın 28-də səhər Toledo əyalətinin Urda yaşayış məntəqəsi yaxınlığında (Kastilya-La Mança muxtar icmasında) Madrid və Sevilya arasında hərəkət edən iki sərnişin qatarı toqquşub. Qatarlarda ümumilikdə təxminən 540 sərnişin olub. Faciə nəticəsində 74 nəfər ölüb.