İsrailin Maliyyə Nazirliyinin nümayəndələri ABŞ-nin ölkəyə hərbi yardımı dayandırmaq niyyətindən xəbərdar idilər, lakin bunun bu qədər tez baş verəcəyini gözləmirdilər.
"Report" xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
"Baş nazirin ofisindən (hərbi - red.) yardımın dayandırılması ilə bağlı rəsmi sənəd daxil olmayıb. Nazirlik onun verilməsini yekunlaşdırmaq niyyətindən xəbərdar idi, lakin bunun qısa müddətdə edilməsi planlarına təəccübləndi", - Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə 2026-cı ilin sonundan Vaşinqtonun Təl-Əvivə təqribən 4 milyard dollar məbləğindəki illik hərbi yardımının dayandırılması barədə razılığa gəldiyini bildirib.