Avropa Komissiyası noyabrın 4-də Brüsseldə Ukrayna ilə bağlı çoxtərəfli görüş keçirəcək

Avropa Komissiyası (AK) noyabrın 4-də Brüsseldə Ukrayna, ABŞ, NATO, Fransa, Almaniya, Böyük Britaniya və Dünya Bankının nümayəndələri ilə Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadi inkişafı ilə bağlı görüş keçirəcək.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu görüş Ukrayna və ABŞ-nin iştirakı ilə Mayamidə aparılmış əvvəlki danışıqların davamı olmaqla Ukraynada dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə yönələcək.

Pinyo qeyd edib ki, Avropa Komissiyası danışıqlarda milli təhlükəsizlik üzrə müşavir səviyyəsində təmsil olunacaq.

Bununla belə, Avropa Komissiyasında ABŞ tərəfini məhz kimin təmsil edəcəyini dəqiqləşdirə bilməyiblər. Qarşıdakı görüş barədə isə ilk olaraq bazar ertəsi ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff məlumat vermişdi.

Avropa Komissiyası həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin AK nümayəndələri ilə görüşmək üçün bu həftə Brüsselə planlaşdırılan səfəri barədə məlumata malik olmadığını bildirib.

Digər xəbərlər