İran Ərbil hava limanına zərbə endirib

İran İraqın Ərbil hava limanında ABŞ qüvvələrinin və kürd silahlı dəstələrinin mövqelərinə raket zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə İran KİV-i ölkənin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

"Bir neçə saat əvvəl İran ordusu davam edən əməliyyat tədbirləri çərçivəsində Ərbil hava limanında ABŞ qoşunlarının və separatçı qruplaşmaların toplanma yerinə "yer-yer" tipli raketlərlə zərbə endirib", - bildirilib.

Bəyanatda qeyd olunub ki, hədəf zonası ABŞ əməliyyatlarının əsas təminat və idarəetmə mərkəzlərindən biri olub və İran tərəfinin iddiasına görə, orada hərbi texnika yerləşirdi.

Digər xəbərlər

ABŞ İranı hədələyib 25 mart, 2026 / 22:46