İsveçdə məscidi yandırdılar

Bakı. 26 dekabr. REPORT.AZ/ İsveçin paytaxtı Stockholmun 90 km qərbində yerləşən Eskilstun şəhərində naməlum şəxslər məscidin içərisinə yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə güclü yanğın baş verib.

"Report" İnterfaks-a istinadən xəbər verir ki, hadisə zamanı məsciddə 15-20 müsəlman olub. Onlardan ən azı beş nəfəri xəsarət alaraq xəstəxanalara çatdırılıb.

Yanğını törədən şəxlərin axtarışı davam edir.

Digər xəbərlər