İsraildə koronavirusa yoluxanların sayı 7 mini ötdü

İsraildə koronavirusa yoluxanların sayı 7 030-a çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 173 nəfər virusa yoluxub, 2 nəfər isə ölüb.

Qeyd edək ki, aprelin 2-də virusa yoluxanların ümumi sayı 6 857 nəfər olub, 34 nəfər isə pandemiyadan ölüb.

Digər xəbərlər

ABŞ İranı hədələyib 25 mart, 2026 / 22:46