İsraildə COVID-19-a yoluxanlar və ölənlər artır - YENİLƏNİB

İsrailin Təl-Əviv şəhərindəki “İxilov” xəstəxanasında koronavirusa yoluxan 81 yaşlı kişi ölüb. 

“Report” xəbər verir ki, məlumat “Newsru” yayıb. 

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 118-ə çatıb.


*** 11:48

İsraildə son sutkada COVID-19-a 633 yoluxma faktı qeydə alınıb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada daha 7 nəfər koronavirusdan ölüb. Məlumata görə, İsraildə virusa yoluxanların sayı 11 868-ə, ölənlərin sayı isə 117-yə çatıb.

Qeyd edək ki, 180 minə yaxın israilli iki həftə evdə məcburi karantin rejimində olub.

Pesax bayramı münasibəti ilə aprelin 14-ü saat 17-dən aprelin 16-sı saat 05.00-dək sakinlərə yaşadıqları yeri tərk etmək qadağan olunub.

Digər xəbərlər