Bakı. 7 dekabr. REPORT.AZ/ İsrailin Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqə havadan zərbələr endirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, hava zərbələri Dəməşqin beynəlxalq hava limanı yaxınlığına və Dimas şəhərinə endirilib.