Bakı. 9 noyabr. REPORT.AZ/ Iraqın paytaxtı Bağdad şəhərində törədilən beş partlayış nəticəsində 33 nəfər həlak olub, ən az 100 nəfər yaralanıb.
Report-un RBK-ya istinadən verdiyi xəbərə görə, partlayışlar şiələrin kompakt yaşadığı rayonlarda törədilib. Teror aktlarının arxasında əksər hallarda sünni qruplaşmalar dayanır.
BMT nümayəndələri Bağdadda son bir ayda 379 dinc sakinin ölüm faktını qeydə alıblar.